Diana Məmmədova: "Rubin"ə keçidim Azərbaycan millisindəki çıxışıma da müsbət təsir göstərəcək"
"Rubin"ə keçidim Azərbaycan millisindəki çıxışıma da müsbət təsir göstərəcək.
BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında Azərbaycanın futbol üzrə qadınlardan ibarət millisinin üzvü Diana Məmmədova deyib.
26 yaşlı yarımmüdafiəçi Rusiya Superliqası təmilçisi "Rubin"ə transferinin təfərruatlarından danışıb:
"İlk növbədə "Rubin" klubu doğma şəhərim Kazanı təmsil etdiyi üçün buranı seçdim. Hər şey qaydasındadır və demək olar artıq komandaya uyğunlaşmışam. Ümid edirəm ki, bu transfer karyeramda böyük rol oynayacaq. Eyni zamanda "Rubin"ə keçidim Azərbaycan millisindəki çıxışıma da müsbət təsir göstərəcək".
D.Məmmədova sabiq klubu "Yenisey" ilə "Rubin" arasında müəyyən fərqlər olduğunu bildirib:
"Rubin" gənc komandadır və 4 ildir ki, qurulub. "Yenisey" isə 10 ildən artıq fəaliyyət göstərir. Hər iki komanda Rusiya Superliqasının qalibi ola bilməyib. "Yenisey"i özüm üçün doğma hesab edirəm. Orada həm gənclərdən ibarət, həm də əsas komandanın heyətində mübarizə apardım. "Rubin" isə karyeramda irəliyə getməyim üçün mənə xüsusi təkan verəcək".
Qeyd edək ki, D.Məmmədova ötən mövsüm Krasnoyarsk klubunun heyətində 24 oyun keçirib və 1 qol vurub. Daha əvvəl Azərbaycan yığmasının müdafiəçisi Alina Dorofeyeva da "Yenisey"dən "Rubin"ə transfer olunmuşdu.
Oxşar xəbərlər
Yeniyetmələr arasında Qış Olimpiya Oyunları İtaliyada keçiriləcək
2028-ci ildə yeniyetmələr arasında Qış Olimpiya Oyunları İtaliyada keçiriləcək. Bu barədə qərar Beynəlxalq Olimpiya Komitəsinin (BOK) növbədənkənar sessiyasında...