Di Marzio: "Yaxın saatlarda "Qalatasaray" Osimhenin transferini açıqlayacaq"

Di Marzio: Yaxın saatlarda Qalatasaray Osimhenin transferini açıqlayacaq
İdman 45

"Qalatasaray" Viktor Osimhenin transferində xoşbəxt sona çox yaxındır.

BAKU.WS xəbər verir ki, insayder Cianluka Di Marzio yaxın saatlarda transferin açıqlanacağını yazıb. İtaliyaya son səfərini edəcək Abdullah Kavukçu transferi yekunlaşdırıb Osimhenlə birlikdə İstanbula qayıtmağa hazırlaşır.

Xatırladaq ki, transfer prosesi zamanı Səudiyyə Ərəbistanının "Əl Hilal" klubu Osimhenə göz oxşayan təklif edib. Bununla belə, 25 yaşlı futbolçu Avropada qalaraq karyerasını "Qalatasaray"da davam etdirməyə üstünlük verib. Bu qərar klub tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

"Qalatasaray" Osimhenin transfer qiyməti üçün "Napoli"yə 75 milyon avro ödəməyə razılaşıb. Bu məbləğin 40 milyon avrosu əvvəlcədən ödəniləcək, qalan 35 milyon avro isə 2026-cı ilin sonuna qədər ödəniləcək. Osimhen bonuslar istisna olmaqla, 16 milyon avro xalis illik maaş alacaq.

Oxşar xəbərlər

Dünya futbolçularının AİLƏ HƏYATI necədir?

Dünya futbolçularının AİLƏ HƏYATI necədir?

2025-ci ildə dünya futbolçularının ailə həyatı, evlilikləri və uşaqları ilə bağlı xəbərlər geniş yer tutur. Araşdırmalar göstərir ki, ailəvi dəstək futbolçuları...

66 İdman 21:50 11 sentyabr 2025

Son xəbərlər