Derbidə "Qalatasaray"ın 3 futbolçusu zədələnib

Derbidə Qalatasarayın 3 futbolçusu zədələnib
Foto
İdman 63

"Qalatasaray"ın hücumçusu Viktor Osimhen "Fənərbağça" derbisinin son anlarında zədələnərək oyunu tərk edib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, nigeriyalı futbolçunun vəziyyətinə MRT-dən sonra aydınlıq gələcək.

"Qalatasaray" klubunun həkimi Yener İncə matçdan sonra Osimhenin stadiondan çıxarkən vəziyyəti ilə bağlı suala "Onun vəziyyətinə baxacağıq" cavabını verib.

Klubda Osimhenlə birlikdə ilk 11-likdə matça başlayan Eren Elmalı və Roland Sallai də "Fənərbağça" derbisindəki zədələrindən sonra oyundan kənarda qalıb.

Üç futbolçunun vəziyyətinə qısa zamanda aydınlıq gəlməsi gözlənilir.

Derbidə

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər