DÇ-2026: Norveç - İngiltərə matçı təxirə salına bilər
2026-cı il dünya çempionatının 1/4 final mərhələsində Norveç və İngiltərə milli komandaları arasında keçiriləcək oyun təxirə salına bilər.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mirror" məlumat yayıb.
Belə ki, oyununb keçiriləcək Mayamidə şəhərində güclü bürkü qeydə alınır. Proqnozlara əsasən, havanın temperaturu 29-32 dərəcəyə çatacaq, oyunun başlanğıcı zamanı isə hiss edilən temperatur 44 dərəcəyə qədər yüksələcək. Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası yerli temperatur 28 dərəcəni keçərsə, oyunların təxirə salınmasını və ya vaxtının dəyişdirilməsini tövsiyə edir.
Qeyd edək ki, matçın tart fitinin Bakı vaxtı ilə iyulun 12-də saat 01:00-da səslənməsi nəzərdə tutulub. Bu qarşılaşmanın qalibi iyulun 12-də Bakı vaxtı ilə saat 05:00-da üz-üzə gələcək Argentina və İsveçrə cütünün qalibi ilə oynayacaq.
Futbol üzrə dünya çempionatı iyunun 11-də başlayıb və ABŞ, Meksika və Kanadada iyulun 19-dək davam edəcək.
Oxşar xəbərlər
Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazandı
Azərbaycan atıcısı Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən Lapua Avropa Kubokunda qızıl medal qazanıb. BAKU.WS xəbər verir ki, bu barədə Azərbayca...