DÇ-2026: Mərakeşə qalib gələn Fransa ilk yarımfinalçı olub
10
iyl
2026
07:53
Futbol üzrə dünya çempionatında Fransa Mərakeşə qalib gəlib.
BAKU.WS xəbər verir ki, Boston stadionunda keçirilən 1/4 final mərhələsinin matçında avropalılar 2:0 hesablı qələbə qazanıblar.
"Xoruzlar"ın heyətində Kilian Mbappe (60) və Usman Dembele (66) fərqləniblər.
Mbappe 28-ci dəqiqədə penalti zərbəsindən yararlana bilməyib.
Yarımfinala yüksələn Fransa seçməsi bu raundda İspaniya - Belçika cütünün qalibi ilə üz-üzə gələcək.
Oxşar xəbərlər
FIFA: Azərbaycan U-15 dünya çempionatı və festivalına hazırdır
Azərbaycan U-15 dünya çempionatına və festivalına hazırdır. BAKU.WS xəbər verir ki, bu barədə FIFA sosial şəbəkə hesabından paylaşım edib. Ali futbol qurumu Bak...