DÇ-2026: Kanada - Bosniya və Herseqovina matçında qalib müəyyənləşməyib

DÇ-2026: Kanada - Bosniya və Herseqovina matçında qalib müəyyənləşməyib
İdman 103

Futbol üzrə dünya çempionatında Kanada Bosniya və Herseqovina yığması ilə qarşılaşıb.

BAKU.WS xəbər verir ki, Toronto stadionunda keçirilən B qrupunun matçı 1:1 hesabı ilə yekunlaşıb.

Hesabı avropalılardan 21-ci dəqiqədə Yovo Lukiç açıb. Ev sahibləri məğlubiyyətdən 78-ci dəqiqədə qaça biliblər. Kayl Larin son nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, bu qrupun digər oyunu saat 23:00-da Qətər və İsveçrə yığmaları arasında keçiriləcək.

***

Futbol üzrə dünya çempionatının Kanada - Bosniya və Herseqovina oyununda ilk hissə yekunlaşıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Toronto stadionunda keçirilən B qrupunun matçında avropalılar fasiləyə 1:0 hesabı ilə üstün yollanıblar.

Qarşılaşmanı argentinalı FIFA referisi Fakundo Telyo idarə edir.

**** 23:25

Futbol üzrə dünya çempionatının Kanada - Bosniya və Herseqovina oyununda hesab açılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Toronto stadionunda keçirilən B qrupunun matçında avropalılar hesabda irəli çıxıblar.

Qarşılaşmanı argentinalı FIFA referisi Fakundo Telyo idarə edir.

*** 23:05

Futbol üzrə dünya çempionatının Kanada - Bosniya və Herseqovina oyunu start götürüb.

BAKU.WS report-a istinadən xəbər verir ki, B qrupunun matçı Toronto stadionunda keçirilir.

Qarşılaşmanı argentinalı FIFA referisi Fakundo Telyo idarə edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər