DÇ-2026: İspaniya 1/4 finalda bu gün Belçika ilə üz-üzə gələcək
ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə dünya çempionatının 1/4 final mərhələsinin daha bir oyunu baş tutacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, raundun ikinci matçında İspaniya və Belçika milliləri üz-üzə gələcəklər.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cütün qalibi yarımfinalda Fransa seçməsi ilə münasibətlərə aydınlıq gətirəcək.
DÇ-2026
1/4 final
10 iyul
23:00. İspaniya - Belçika
Baş hakim: Maykl Oliver (İngiltərə).
Los-Anceles stadionu
Xatırladaq ki, 1/4 final mərhələsinin ilk oyununda Fransa Mərakeşi iki cavabsız qolla üstələyib. Bu raundda Norveç - İngiltərə, Argentina - İsveçrə oyunları da keçiriləcək. DÇ-2026 iyulun 19-da başa çatacaq.
Oxşar xəbərlər
"Qarabağ" Kamilo Duranla vidalaşdı
"Qarabağ" futbol kulubu kolumbiyalı hücumçusu Kamilo Durana təşəkkür edib. BAKU.WS-in məlumatına görə, Ağdam klubunun rəsmi sosial şəbəkə hesablarında futbolçu...