DÇ-2026 həyəcanı davam edir: İngiltərə Konqoya, Belçika Seneqala qarşı
01
iyl
2026
09:31
Futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin qarşılaşmaları davam edir.
BAKU.WS xəbər verir ki, bu gün keçiriləcək dördüncü oyun günündə azarkeşləri üç maraqlı duel gözləyir.
İngiltərə millisi Konqo Demokratik Respublikası yığması ilə üz-üzə gələcək. Digər görüşdə Belçika Seneqalla münasibətlərə aydınlıq gətirəcək. Günün son matçında isə ABŞ millisi Bosniya və Herseqovina seçməsi ilə növbəti mərhələyə vəsiqə uğrunda mübarizə aparacaq.
01 iyul
20:00. İngiltərə - Konqo DR.
2 iyul
00:00. Belçika - Seneqal;
04:00. ABŞ - Bosniya və Herseqovina.
Oxşar xəbərlər
Qurban Qurbanov: "Yeni futbolçuların uyğunlaşması üçün vaxt lazımdır"
"Bu gün güclü rəqiblə qarşılaşdıq. "Neftçi" yaxşı komanda təsiri bağışladı və bizə öz oyunumuzu nümayiş etdirməyə imkan vermədi. Rəqib layiqli mübarizə apardı....