DÇ-2026: Fransanı mübarizədən kənarlaşdıran İspaniya ilk finalçı olub

DÇ-2026: Fransanı mübarizədən kənarlaşdıran İspaniya ilk finalçı olub
İdman 159

2026-cı il dünya çempionatında yarımfinal mərhələsinin oyunlarına start verilib.

BAKU.WS xəbər verir ki, futbol üzrə dünya çempionatında İspaniya Fransanı məğlub eədrək finala yüksələn ilk komanda olub.

Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Matçda hesab 22-ci dəqiqədə açılıb. Mikel Oyarzabal penaltidən dəqiq zərbəylə İspaniyanı önə keçirib: 1:0.

İlk hissədə başqa qol vurulmayıb.

İkinci hissədə Fransa qapısında daha bir qol görüb. 58-ci dəqiqədə Pedro Porro hesabı 2:0 edib.

Oyun bu hesabla başa çatıb və İspaniya adını finala yazdırıb.

İspaniya finalda İngiltərə - Argentina cütünün qalibi ilə qarşılaşacaq. Fransa isə cütün məğlubu ilə 3-cü yer uğrunda görüşə çıxacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanın üç boksçusu Avropa çempionatının finalına yüksəldi

Azərbaycanın üç boksçusu Avropa çempionatının finalına yüksəldi

Türkiyənin Trabzon şəhərində keçirilən U-15 Avropa çempionatında Azərbaycanın üç boksçusu finala yüksəlib, iki idmançımız isə bürünc medal qazanıb. BAKU.WS xəbə...

36 İdman 21:12 23 oktyabr 2026

Son xəbərlər