DÇ-2026-da ən çox qolu hansı ölkə çempionatının futbolçuları vurublar?
İngiltərə Premyer Liqasının (İPL) təmsilçiləri 2026-cı il dünya çempionatında vurulan qolların sayına görə bütün milli çempionatlar arasında birinci pillədə qərarlaşıblar.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə məlumatı "MatchDay Central" statistika portalı yayıb.
Portalın hesablamalarına görə, İPL-də çıxış edən futbolçular cari mundialda artıq 63 dəfə rəqib qapılarına yol tapıblar.
Qeyd edək ki, DÇ-2026-da 1/8 final mərhələsinin oyunları başa çatıb. Çempionat başladığı gündən bəri ilk dəfədir ki, iyulun 8-də heç bir qarşılaşma keçirilməyəcək və komandalara istirahət verilib.
Oxşar xəbərlər
Manuel Noyer zədə səbəbindən "Bavariya"nın növbəti matçını buraxacaq
"Bavariya"nın qapıçısı Manuel Noyer Almaniya çempionatının VI turunda "Leyptsiq"ə qarşı keçiriləcək oyunda iştirak etməyəcək. BAKU.WS report-a istinadən xəbər v...