DÇ-2026: Cənubi Koreyanı məğlub edən CAR tarixində ilk dəfə pley-offa adlayıb
Futbol üzrə dünya çempionatında Cənubi Afrika Respublikası (CAR) Cənubi Koreya seçməsi ilə üz-üzə gəlib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Monterrey stadionunda keçirilən A qrupunun III turunun matçında Afrika təmsilçisi minimal hesablı (1:0) qələbə qazanıb.
63-cü dəqiqədə Tapelo Maseko adını tabloya yazdırıb.
Bu qalibiyyət sayəsində CAR xallarının sayını 4-ə çatdıraraq qrupdan çıxıb. Tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə əldə edən komandanın bu mərhələdəki rəqibi B qrupunu ikinci sırada başa vuran Kanada seçməsi olacaq.
Futbol üzrə dünya çempionatının Cənubi Afrika Respublikası (CAR) - Cənubi Koreya oyununda ilk qol vurulub.
BAKU.WS report-a istinadən xəbər verir ki, Monterrey stadionunda keçirilən matçda Afrika təmsilçisi hesabı açıb - 1:0.
63-cü dəqiqədə Tapelo Maseko adını tabloya yazdırıb.
Futbol üzrə dünya çempionatının Cənubi Afrika Respublikası (CAR) - Cənubi Koreya oyununda ikinci yarı start götürüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Monterrey stadionunda keçirilən matçda hesab açılmayıb - 0:0.
Qarşılaşmanı argentinalı FIFA referisi Fakundo Tello idarə edir.
Futbol üzrə dünya çempionatının Cənubi Afrika Respublikası (CAR) - Cənubi Koreya oyununda ilk hissə başa çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Monterrey stadionunda keçirilən matçda hesab açılmayıb - 0:0.
Qarşılaşmanı argentinalı FIFA referisi Fakundo Tello idarə edir.
Futbol üzrə dünya çempionatının Cənubi Afrika Respublikası (CAR) - Cənubi Koreya oyunu başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, A qrupunun III turunun matçı Monterrey stadionunda keçirilir.
Qarşılaşmanı argentinalı FIFA referisi Fakundo Tello idarə edir.
Oxşar xəbərlər
Hidayət Heydərov Çindəki turnirdə fərqli çəki dərəcəsində mübarizə aparacaq
Azərbaycanın olimpiya çempionu Hidayət Heydərov Çinin Sindao şəhərində keçiriləcək Qran-pridə fərqli çəki dərəcəsində mübarizə aparacaq. BAKU.WS Azərbaycan Cüdo...