DÇ-2026: Belçikanı mübarizədən kənarlaşdıran İspaniya yarımfinala yüksəlib
11
iyl
2026
00:59
Futbol üzrə dünya çempionatında İspaniya Belçikaya qalib gəlib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Los-Anceles stadionunda keçirilən 1/4 final mərhələsinin matçında Luis de la Fuentenin rəhbərlik etdiyi kollektiv 2:1 hesablı qələbəyə sevinib.
İspanların heyətində Fabian Ruiz (30) və Mikel Merino (88) fərqləniblər.
Belçikanın yeganə qolu isə Şarl de Ketelarenin (41) aktivinə yazılıb.
İspaniyanın yarımfindaldakı rəqibi Fransa seçməsi olacaq.
Oxşar xəbərlər
Qurban Qurbanov: "Yeni futbolçuların uyğunlaşması üçün vaxt lazımdır"
"Bu gün güclü rəqiblə qarşılaşdıq. "Neftçi" yaxşı komanda təsiri bağışladı və bizə öz oyunumuzu nümayiş etdirməyə imkan vermədi. Rəqib layiqli mübarizə apardı....