DÇ-2026: Argentina yarımfinala yüksələn sonuncu komanda olub
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə dünya çempionatında Argentina İsveçrəyə qalib gəlib.
BAKU.WS xəbər verir ki, Kanzas stadionunda keçirilən 1/4 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi 3:1 hesablı qələbəyə sevinib.
Maçtın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qalib hər biri 15 dəqiqədən ibarət əlavə hissələrdə müəyyənləşib.
Argentinalıların heyətində Aleksis Makallister (10), Xulian Alvares (112) və Lautaro Martines (120+1) fərqləniblər. İsveçrənin tək qolu isə Dan Ndoyedən (67) gəlib.
Qeyd edək ki, Argentina seçməsi yarımfinalda İngiltərə ilə qarşılaşacaq.
Oxşar xəbərlər
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə U-17 yeniyetmələr arasında Bakı şəhər birinciliyi start götürüb. Bu barədə BAKU.WS-ə Azərbaycan Cüdo Federasiyasın...