DÇ-2026: ABŞ Paraqvay üzərində qələbə qazanıb
Futbol üzrə dünya çempionatında D qrupunun ilk turunda ABŞ millisi Paraqvay yığmasını məğlub edib.
BAKU.WS xəbər verir ki, Los-Ancelesdə baş tutan qarşılaşma ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
ABŞ komandasının heyətində Damyan Bobadilyanın 7-ci dəqiqədə vurduğu avtoqol, Folarin Baloqanın 31 və 45+5-ci dəqiqələrdəki dəqiq zərbələri, həmçinin Covanni Reynanın 90+8-ci dəqiqədəki qolu qələbəni rəsmiləşdirib.
Paraqvayın yeganə qoluna isə 73-cü dəqiqədə Maurisio imza atıb.
Qeyd edək ki, D qrupunun digər görüşündə iyunun 14-də saat 08:00-da Avstraliya və Türkiyə milliləri üz-üzə gələcəklər.
Oxşar xəbərlər
Qurban Qurbanov: "Vestri"ni artıq daha yaxından tanıyırıq"
"Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçında qarşılaşacağı "Vestri"ni (İslandiya) artıq daha yaxından tanıyır. BAKU.WS "Report"a istin...