Cüdoçularımız Dünya çempionatını 1 qızıl, 1 gümüş medalla başa vurublar
23
avq
2026
09:00
Azərbaycanın yeniyetmə cüdoçuları Ekvadorun Quayakil şəhərində keçirilən Dünya çempionatını 1 qızıl, 1 gümüş medalla başa vurublar.
BAKU.WS xəbər verir ki, son olaraq Ayxan Həsənli (81 kq) gümüş mükafata sahib çıxıb.
Daha əvvəl Fərid Rzazadə (50 kq) bütün rəqiblərini məğlub edərək dünya çempionu olub.
Beləliklə, Azərbaycan millisi mundialı 1 qızıl və 1 gümüş olmaqla 2 medalla tamamlayıb. Komanda bu nəticə ilə 59 ölkə arasında oğlanların mübarizəsində dördüncü, ümumi medal sıralamasında isə beşinci yeri tutub.
Oxşar xəbərlər
Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib
Bakıda təşkil olunacaq FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Nikaraqua milli komandası Azərbaycana gəlib. BAKU.WS AFFA-ya istinadən xəbər ve...