"Çelsi"nin ulduzu "Mançester Siti"yə "hə" dedi

Çelsinin ulduzu Mançester Sitiyə hə dedi
Foto
İdman 36

"Çelsi"nin ulduz futbolçusu Enzo Fernandes "Mançester Siti" ilə şəxsi müqavilənin şərtlərini artıq razılaşdırıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu keçid barədə məşhur idman insayderi Fabritsio Romano məlumat yayıb.

Hazırda Argentina millisinin aparıcı yarımmüdafiəçisinin taleyi birmənalı olaraq hər iki klubun rəhbərliyinin qəbul edəcəyi ortaq qərardan asılıdır.

Düzdür, "şəhərlilər" London təmsilçisinə hələ rəsmi təklif göndərməyiblər, lakin rəsmi danışıqların ən qısa zamanda başlayacağı gözlənilir.

Xatırladaq ki, 2022-ci ildə Argentina yığmasının heyətində dünya çempionluğu sevinci yaşayan Enzo Fernandes 2023-cü ildən etibarən "Çelsi"nin şərəfini qoruyur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər