"Çelsi" ilə oyunda "Qarabağ"ın hansı oyunçuları zədələnib? - RƏSMİ CAVAB
06
noy
2025
15:26
Ötən gecə "Qarabağ" - "Çelsi" matçında meydançada rəqiblə təmas zamanı zədələndiyi deyilən Elvin Cəfərquluyev və Marko Yankoviçin səhhətində heç bir problem yoxdur.
Bu barədə BAKU.WS-ə açıqlamasında "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bildirib.
Onun sözlərinə görə, hazırda komandada Kadi Borgesdən başqa zədəli oyunçu yoxdur.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Banu Hüseynli
Oxşar xəbərlər
Hövsan Yarış Kompleksi FIFA U-15 dünya çempionatına tam hazırdır
Hövsan Yarış Kompleksi FIFA U-15 dünya çempionatı və festivalına tam hazırdır. Bu barədə BAKU.WS-ə AFFA-dan məlumat verilib. Bakı bu günlərdə növbəti beynəlxalq...