"Çelsi" Ermənistan klubunu rüsvayçı hesabla məğlub edərək tarixə düşdü
Londonun "Çelsi" klubu UEFA Konfrans Liqası çərçivəsində Ermənistanın "Noah" klubunu rüsvayçı məğlubiyyətə uğradıb.
BAKU.WS xəbər verir ki, "zadəganlar" rəqibin qapısından 8 cavabsız top keçiriblər. London klubu bu qələbə ilə turnirin tarixinə düşüb.
Belə ki, bu nəticə turnirin tarixi ərzində ən böyükhesablı qələbə olub. Ermənistan təmsilçisi 0:8 məğlub olmaqla bir oyunda qapısında ən çox qol görən klub kimi Konfrans Liqasının tarixinə düşüb.
Xatırladaq ki, indiyədək Danimarkanın "Nordşelland" klubu 2023/24-cü il mövsümündə Bolqarıstanın "Ludoqorets" kollektivini 7:1 hesabı ilə məğlub etməklə ən böyük hesablı qələbəyə imza atmışdı.
Oxşar xəbərlər
"Bavariya" Noyerə əvəzləyi tapıb - İngiltərədən transfer edilə bilər
Almaniyanın "Bavariya" klubu gələcəkdə qapıçı mövqeyində dəyişiklik etməyə hazırlaşır. BAKU.WS xəbər verir ki, Münhen təmsilçisi 2027-ci ildə İngiltərənin "Ever...