Cahangir Fərəcullayevə UEFA-da yüksək vəzifə verildi
18
iyn
2026
16:52
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Cahangir Fərəcullayev UEFA Marketinq Məsləhət Komitəsinin üzvü təyin edilib.
BAKU.WS AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, C.Fərəcullayev sözügedən komitədə fəaliyyət göstərəcək.
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsi UEFA Komitələri və Ekspert Panellərinin tərkibini müzakirə edib və qitə futbol qurumuna üzv assosiasiyalar tərəfindən təqdimatı verilən namizədlər əsasında təklif olunan yeni tərkibi təsdiqləyib.
Oxşar xəbərlər
Azərbaycan cüdoçuları Düşənbədə Qran-pri turnirində iştirak edəcəklər
Azərbaycan təmsilçiləri Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, bu il ilk dəfə təşkil olunacaq gənclər arasında Qran-pri turnirində mübarizə aparacaql...