Bu gün Azərbaycanın bir cüdoçusu mübarizə aparacaq
16
iyn
2025
09:11
Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında bu gün Azərbaycanı bir idmançı təmsil edəcək.
BAKU.WS xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan Zelim Tçkayev yarışa 1/16 final mərhələsindən qoşulacaq. Onun rəqibi polşalı Pavel Drjimal və çinli Jianqnan Vanq arasında keçiriləcək görüşün qalibi olacaq.
Qeyd edək ki, indiyədək fərdi yarışlarda Azərbaycan yığmasının 4 qadın cüdoçusu mübarizəni erkən dayandırıb. Kişilər arasında isə yalnız Rəşid Məmmədəliyev (73 kq) 1/4 finala qədər yüksələrək 7-ci yeri tutub.
Oxşar xəbərlər
İspaniya DÇ-2026-nın qalibi oldu
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatına yekun vurulub. BAKU.WS xəbər verir ki, mundialın final oyununda İspaniya və A...