Braziliyanın darmadağını: Vinisius Junior qarşılaşmanın qəhrəmanı oldu

Braziliyanın darmadağını: Vinisius Junior qarşılaşmanın qəhrəmanı oldu
İdman 37

Braziliya milli komandasının vingeri Vinisius Junior DÇ-2026-nın ikinci turu çərçivəsində Haiti yığmasına qarşı keçirilən və 3:0 hesabı ilə başa çatan matçın ən yaxşı oyunçusu seçilib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, "Real Madrid" klubunu təmsil edən ulduz futbolçu bu qarşılaşmada bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Bundan əlavə, Vinisius Mateus Kunyanın vurduğu ilk qolun yaranmasında yaxından iştirak etsə də, həmin epizodda onun aktivinə rəsmi olaraq qol ötürməsi yazılmayıb.

Hücumçu oyun ərzində rəqib qapısına ümumilikdə 3 zərbə endirib. O, rəqibin cərimə meydançasında topla 9 dəfə təmasda olub ki, bu da hər iki komandanın oyunçuları arasında ən yüksək göstəricidir.

Həmçinin futbolçu etdiyi 21 ötürmədən 16-nı (76%) dəqiq yerinə yetirərək komandasının qələbəsində böyük pay sahibi olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər