"Böyük Dəbilqə": Hidayət Heydərov və Rəşid Məmmədəliyev yarışı mükafatsız başa vurub
Azərbaycan cüdoçuları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirinin ikinci gününü də mükafatsız başa vurublar.
BAKU.WS report-a istinadən xəbər verir ki, milli üzvlərindən Olimpiya, dünya və Avropa çempionu Hidayət Heydərovla Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) fəxri kürsüdən kənarda qalıblar.
Heydərov 1/8 finaldaMukhiddin Asadulloevə (Tacikistan) uduzub. Rəşid Məmmədəliyev isə ABŞ-li Stiven Boldbaatarla bacarmayıb.
Qeyd edək ki, ötən gün yarışın startında daha 4 cüdoçumuz medal qazana bilməmişdi.
***11:48
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirinin ikinci günündə iki cüdoçumuz mübarizəyə qoşulacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
73 kiloqram çəki dərəcəsində Hidayət Heydərov 1/16 final mərhələsində Adil Osmanov / Covanni Espozito cütünün qalibi ilə qarşılaşacaq.
Həmçinin eyni çəki dərəcəsində digər cüdoçumuz Rəşid Məmmədəliyev ABŞ-ni təmsil edən Stiven Boldbaatarla qarşılaşacaq.
Oxşar xəbərlər
Azərbaycanın taekvondoçuları İsveçrədə "Swiss Open" turnirində iştirak edəcəklər
Azərbaycanın taekvondo üzrə gənclərdən ibarət millisi İsveçrənin Sant Qallen şəhərində keçiriləcək "Swiss Open" beynəlxalq turnirində mübarizə aparacaqlar. Azər...