"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

Böyük Dəbilqə: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub
İdman 12

Gürcüstanın paytaxtı Tbilisidə baş tutacaq cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib.

BAKU.WS xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən Azərbaycan təmsilçilərinin ilk rəqibləri müəyyənləşib.

Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan yeddi çəki dərəcəsində 11 cüdoçu ilə təmsil olunacaq. Turnirdə 51 ölkədən 386 idmançı mübarizə aparacaq.

Sabah start götürəcək Tbilisi "Böyük Dəbilqə"sinin təsnifat mərhələsi saat 10:00-da, final bloku isə saat 17:00-da başlayacaq . Yarış martın 22-də başa çatacaq.

Kişilər

66 kq, 1/32 final

Turan Bayramov - Kilian Noel (Fransa)

66 kq, 1/16 final

Rəşad Yelkiyev - Yoxem van Harten (Niderland)

73 kq, 1/32 final

Kamran Süleymanov - Rey Marinks (Belçika)

73 kq, 1/16 final

Hidayət Heydərov - Zelemxan Batçayev (Belçika)

+100 kq, 1/8 final

Camal Qamzatxanov - Saba Kardava (Gürcüstan) / Losseni Kone (Almaniya) cütünün qalibi ilə

Kənan Nəsibov - Yelaman Yerqaliyev (Qazaxıstan) / Gela Zaalişvili (Gürcüstan) cütünün qalibi ilə

Qadınlar

48 kq, 1/16 final

Könül Əliyeva - Mişel Altanşaqay (Monqolustan)

52 kq, 1/8 final

Leyla Əliyeva - Gefen Primo (İsrail)

70 kq, 1/16 final

Südabə Ağayeva - Nino Qulbani (Gürcüstan)

Aytac Qardaşxanlı - Şirincon Yuldoşova (Özbəkistan)

+78 kq, 1/8 final

Madina Kaisinova - Erika Simonetti (İtaliya)

Oxşar xəbərlər

Son xəbərlər