"Benfika"nı tutan LƏNƏT - 63 ildir davam edir

Benfikanı tutan LƏNƏT - 63 ildir davam edir
Foto
İdman 119

Hər şey 1962-ci ildə məşhur məşqçi Bela Quttmanın ardıcıl iki dəfə "Benfika"ya Çempionlar Kubokunu qazandırmasından sonra başlayıb. Əldə etdiyi uğurlar baş məşqçini daha çox məvacib almaq istəməməsi ilə nəticələnib. 

BAKU.WS-in məlumatına görə, Bela Quttman 1962-ci ildə klub prezidenti Antoniu Vitaldan maaşının artırılmasını istəyib.

Lakin prezident bu istəyə rədd cavabı verib və onu alçaldıb. "Eysebio və Koluna kimi futbolçularla istənilən məşqçi avrokubokları qazandıra bilərdi",-deyə klub prezidenti həmin vaxt məşqçiyə bildirib.

Bu sözlərə hiddətlənən Quttman, istefa ərizəsini yazaraq masaya qoyub və klub rəhbərliyinə bədnam qarğışını elan edib:

"Növbəti 100 il ərzində "Benfika" bir daha heç bir Avropa kubokunu qazanmayacaq."

Portuqaliya və Avropanın futbol ictimaiyyəti həmin lənətin davam etdiyini və klubun hələ də bu uğuru qazana bilmədiyini dilə gətirir. Quttmanın işlətdiyi sözlər hələ də reallıqda öz təsirini göstərir. Son 50 ildən artıq müddət ərzində "Benfika" Avropa turnirlərinin səkkiz finalında iştirak edib, amma heç birində qalib gələ bilməyib.

1990-cı ildə Vyanada keçirilən "Benfika" – "Milan" finalı zamanı Eysebio Quttmanın məzarına gələrək klub üçün bağışlanma diləyib. Lakin bu da heç bir nəticə verməyib – "Benfika" finalda "Milan"a məğlub olub.

Qyd edək ki, Bela Quttman qeyri-adi bir insan olub. O, 1900-cü ildə Budapeştdə, müəllim ailəsində dünyaya gəlib. Valideynləri onun ailə ənənəsini davam etdirərək rəqs müəllimi olmasını istəyirdilər. Lakin Bela futbolu seçib.

Böyük Britaniyanın tanınmış idman jurnalisti Conatan Uilson onun haqqında belə yazırdı: "O, heç vaxt bir yerdə uzun müddət qala bilmirdi. Həmişə hərəkətdə idi və çalışdığı yerlərdə demək olar ki, həmişə qalmaqallar yaşanırdı".

42 illik məşqçilik karyerası ərzində Quttman 21 klub dəyişib. O, bunun səbəbini belə izah edirdi: "Bir komandanı üç ildən çox çalışdırmaq mümkün deyil. İlk mövsümdə sənə sakit işləməyə imkan verirlər. İkinci mövsümdə tənqidlər başlayır. Üçüncü ildə isə nə qədər çalışsan da, səni göndərirlər."

Son xəbərlər