Bellinqem İspaniya liqasının 72 illik rekordunu təkrarlayıb

Bellinqem İspaniya liqasının 72 illik rekordunu təkrarlayıb
İdman 147

"Real Madrid"in ingilis yarımmüdafiəçisi Cud Bellinqem 72 il əvvəl İspaniya çempionatında əldə olunan tarixi nailiyyəti təkrarlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Mister Çip" X sosial şəbəkəsində məlumat verib.

Bildirilib ki, La Liqada ardıcıl 6 matçda qol vuran Bellinqem "Blankos"un keçmiş yarımmüdafiəçisi Roke Olsendən sonra hücumçu olmadan belə nəticə göstərən ilk futbolçu olub.

Xatırladaq ki, La Liqanın 17-ci turunda "Rayo Valyekano"ya vurduğu qol (3:3) daxil olmaqla, Bellinqem "Jirona", "Atletik", "Xetafe", "Leqanes" və "Osasuna" ilə görüşlərdə fərqlənib.

Cari mövsümdə Cud klub üçün bütün turnirlərdə 19 matçda 7 qol vurub və 4 məhsuldar ötürmə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Canni İnfantino yenidən FIFA prezidentliyinə namizəd olacaq

Canni İnfantino yenidən FIFA prezidentliyinə namizəd olacaq

Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantino 2027-ci ilin martında keçiriləcək seçkilərdə yenidən namizədliyini irəli sürəcək. BAKU.WS xə...

14 İdman 22:57 06 sentyabr 2026

Son xəbərlər