"Barselona" Robert Levandovskini klubun əfsanələri sırasına daxil edib
"Barselona"nın rəsmi saytında klubun keçmiş hücumçusu Robert Levandovski əfsanə futbolçuların yer aldığı xüsusi bölməyə əlavə olunub.
BAKU.WS xəbər verir ki, hazırda MLS-də "Çikaqo Fayr"ın formasını geyinən polşalı forvard bununla da Kataloniya klubunun tarixində iz qoymuş futbolçuların siyahısına daxil edilib.
Həmin bölmədə Lionel Messi, Pep Qvardiola, Dieqo Maradona, Yohann Kroyff və digər məşhur futbolçular da yer alır.
Levandovski 2022-ci ilin yayından "Barselona"nın şərəfini qoruyub. Kataloniya təmsilçisinin heyətində bütün turnirlərdə 193 oyuna çıxan hücumçu 120 qol vurub və 24 məhsuldar ötürmə edib.
Polşalı futbolçu "Barselona" ilə üç dəfə İspaniya çempionu olub. O, həmçinin Kral Kubokunu və üç dəfə İspaniya Superkubokunu qazanıb.
Oxşar xəbərlər
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
Dünyanın 189 ölkəsindən gənc futbolçuların qatılacağı bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq. BAKU.WS xəbər verir ki, bu barədə AFFA prezidenti...