"Barselona" Messi ilə Yamalın məşhur fotosunu paylaşıb "Sehrli" adlandırdı
İspaniya və Argentina milliləri arasında keçiriləcək DÇ-2026 finalı ərəfəsində "Barselona" azarkeşlərin yaddaşında xüsusi yer tutan fotonu yenidən gündəmə gətirib.
BAKU.WS xəbər verir ki, Kataloniya klubunun mətbuat xidməti Lionel Messinin körpə yaşlarında olan Lamin Yamalı vannada çimizdirdiyi məşhur şəkli paylaşaraq onu "Sehrli foto" sözləri ilə təqdim edib. Həm Yamal, həm də Messi "Barselona" akademiyasının yetirmələridir.
Qeyd edək ki, İspaniya yığması yarımfinalda Fransanı 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Luis de la Fuentenin komandası pley-off mərhələsində Belçika (2:1), Portuqaliya (1:0) və Avstriyanı (3:0) da mübarizədən kənarlaşdırıb.
Argentina millisi isə yarımfinalda İngiltərəni 2:1 hesabı ilə üstələyib. Cənubi Amerika təmsilçisi buna qədər İsveçrəni əlavə vaxtda 3:1, Misiri 3:2 və Kabo-Verdeni də 3:2 hesabı ilə məğlub edib.
DÇ-2026-nın final qarşılaşması iyulun 19-da keçiriləcək.
Oxşar xəbərlər
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
Dünyanın 189 ölkəsindən gənc futbolçuların qatılacağı bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq. BAKU.WS xəbər verir ki, bu barədə AFFA prezidenti...