Bakıdakı UFC turnirinin biletləri satışa çıxarılır - Bu tarixdən...
Bakıda keçiriləcək "UFC Fight Night: Fiziev vs Torres" turnirinin biletləri mayın 15-də saat 10:00-dan etibarən satışa çıxarılacaq.
Bakı Şəhər Halqasından BAKU.WS-ə bildirilib ki, iyunun 27-də Milli Gimnastika Arenasında gerçəkləşəcək turnirin biletlərini azarkeşlər "iticket" platforması vasitəsilə əldə edə biləcəklər.
UFC Fight Club üzvləri üçün erkən satış mayın 13-də saat 10:00-da başlayacaq. Tədbirə maraq göstərərək öncədən qeydiyyatdan keçən şəxslər isə biletləri mayın 14-də eyni saatdan əldə edə biləcəklər.
Qeyd edək ki, gecənin əsas qarşılaşmasında yüngül çəkidə çıxış edən Rafael Fiziev Manuel Torreslə üz-üzə gələcək.
Oxşar xəbərlər
"Alufar IRONMAN 70.3 Baku" yarışı ilə əlaqədar Bakıda idman bayramı yaşanıb
Sentyabrın 5-də Bakıda keçirilən "Alufar IRONMAN 70.3 Baku" beynəlxalq triatlon yarışı paytaxtda əsl idman bayramına çevrilib. BAKU.WS xəbər verir ki, "Alufar I...