Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında günün sonuncu oyunu keçirilib
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında günün sonuncu oyunu keçirilib.
BAKU.WS xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan qarşılaşmada Mavritaniya və Sloveniya futbolçuları münasibətlərinə aydınlıq gətiriblər.
Azərbaycan millisinin yer aldığı A qrupunda mübarizə aparan kollektivlərin duelində qalib müəyyənləşməyib - 1:1.
Qeyd edək ki, turnirin əvvəlki oyunlarında Fransa Çadı (1:0), Portuqaliya Bolqarıstanı (3:1), İngiltərə Ukraynanı (4:0), Slovakiya Hindistanı (15:0), Rumıniya Özbəkistanı (2:1) məğlub edib. Macarıstan - Türkiyə və Azərbaycan - Bəhreyn görüşlərində tərəflər hərəyə 1 dəfə fərqləniblər.
Oxşar xəbərlər
Qurban Qurbanov: "Yeni futbolçuların uyğunlaşması üçün vaxt lazımdır"
"Bu gün güclü rəqiblə qarşılaşdıq. "Neftçi" yaxşı komanda təsiri bağışladı və bizə öz oyunumuzu nümayiş etdirməyə imkan vermədi. Rəqib layiqli mübarizə apardı....