Bakıda təşkil olunan dünya çempionatında qrup mərhələsinin oyunlarına yekun vurulub

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında qrup mərhələsinin oyunlarına yekun vurulub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, son olaraq azarkeşlər 8 görüşə şahidlik ediblər.
Qarşılaşmalar Milli Gimnastika Arenasında reallaşıb.
E qrupunda yer alan Monteneqro millisi İndoneziyanı 4:0 hesabı ilə məğlub edib. Qrupun digər görüşündə Tailand Kosta Rikanı 4:1 hesabı ilə üstələyib. Beləliklə, bu qrupda Monteneqro və Tailand komandaları 1/8 finala vəsiqəni təmin edib.
E qrupu
1. Monteneqro - 7 xal
2. Tailand - 7 xal
3. İndoneziya - 3 xal
4. Kosta Rika - 0 xal
F qrupunda Polşa - Bosniya və Herseqovina görüşündə qalib müəyyənləşməyib - 1:1. Qazaxıstan isə ABŞ-ni 5:3 hesabı ilə üstələyib. Polşa və Bosniya və Herseqovina növbəti mərhələyə adlayıblar.
F qrupu
1. Bosniya və Herseqovina - 5 xal
2. Polşa - 5 xal
3. Qazaxıstan - 4 xal
4. ABŞ - 1 xal
Bərabərə qalan Çexiya və Gürcüstan (2:2) yığmaları müvafiq olaraq G qrupunu ilk iki sırada tamamlayaraq 1/8 finala yüksəliblər. BƏƏ Argentinaya 4:1 hesabı ilə qalib gəlib, lakin hər iki komanda mübarizəni dayandırıb.
G qrupu
1. Çexiya- 7 xal
2. Gürcüstan - 7 xal
3. BƏƏ - 3 xal
4. Argentina - 0 xal
H qrupunda Qana üzərində qələbə qazanan (2:1) Serbiya qrup birinciliyini təmin edib. İspaniyadan güclü olan (4:2) İsrail isə qrup ikincisi kimi növbəti raunda keçib.
H qrupu
1. Serbiya - 9 xal
2. İsrail- 6 xal
3. İspaniya- 3 xal
4. Qana - 0 xal
Qeyd edək ki, 1/8 final mərhələsinin oyunlarına sabah start veriləcək.
Oxşar xəbərlər
"Sumqayıt" klubunun rəsmiləri yerli mütəxəssislərə güvənmirlər?
"Sumqayıt" klubu baş məşqçisinin adını ən qısa zamanda açıqlayacaq. BAKU.WS Sportinfo.az-a istinadən xəbər verir ki, bu barədə klubun prezidenti Riad Rəfiyev bi...
