Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün könüllü qeydiyyatı başlanıb
04
may
2026
14:21
Bu il Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün könüllülərin qeydiyyatı başlanıb.
Bu barədə "Report"a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Könüllülər üçün minimum yaş həddi 16 yaşdır.
Bildirilib ki, xarici dil biliklərinə malik namizədlərə seçim prosesində üstünlük veriləcək.
2025-ci ildə rekord sayda – 30 mindən çox müraciət qeydə alınıb, onlardan yalnız 2 min könüllü seçilib ki, bu da proqramın yüksək rəqabət səviyyəsini göstərir.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.
Oxşar xəbərlər
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda "Borussiya Dortmund"a məğlub olub. BAKU.WS xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən m...