Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumunun məkanı bəlli oldu
Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumu (WUF13) 2026-cı il mayın 18-22-də baş tutacaq.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, genişmiqyaslı tədbir Bakı Olimpiya Stadionunda (BOS) təşkil olunacaq.
Qeyd edək ki, Dünya Şəhərsalma Forumu şəhərsalma, urban inkişaf və dayanıqlı şəhərlər mövzusunda beynəlxalq mütəxəssisləri bir araya gətirən nüfuzlu platformadır. Tədbir iştirakçılara innovativ şəhər layihələri, yeni texnologiyalar və urban inkişaf təcrübələrini müzakirə etmək imkanı yaradacaq.
Xatırladaq ki, BOS daha öncə COP-29 kimi genişmiqyaslı tədbirə də ev sahibliyi etmişdi.
Oxşar xəbərlər
Brunu Gimaraeş "Nyukasl"da qalmaq qərarına gəlib
İngiltərənin "Nyukasl" klubunun futbolçusu Brunu Gimaraeş gələcək karyerası ilə bağlı qərarını verib. BAKU.WS report-a istinadən xəbər verir ki, 28 yaşlı brazil...