Bakıda Dünya Minifutbol Federasiyasının Baş Assambleyasının iclası keçirilib

Bakıda təşkil olunan Dünya Minifutbol Federasiyasının Baş Assambleyasının iclasında üzv olan bütün ölkələrin nümayəndələri iştirak edib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Dünya Minifutbol Federasiyasının prezidenti Filip Juda gündəlik barədə məlumat verib. O, Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının yüksək səviyyədə təşkil edildiyini vurğulayıb.
Turnirin gözlənildiyindən də yaxşı səviyyədə keçirilməsinə görə ölkə rəhbərliyinə və Azərbaycan Minifutbol Federasiyasına minnətdarlığını çatdıran təşkilat rəsmisi bundan sonra beynəlxalq yarışlara ev sahibliyi etmək istəyən ölkələrə Azərbaycanı nümunə kimi göstərəcəklərini ifadə edib.
Qeyd edək ki, Dünya Minifutbol Federasiyasının Baş Assambleyasının iclasında minifutbolla bağlı bir sıra mühüm məsələlərin müzakirəsi aparılaraq, bu idman növünün inkişafı üçün vacib qərarlar qəbul edilib. Tədbirdə, həmçinin 2024-cü ilin yekunları, təşkilata yeni üzv ölkələrin qəbulu və minifutbolun gələcəyi ilə bağlı fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Bakıda keçirilən dünya çempionatında 1/4 finala yüksələn 4 komanda müəyyənləşib
Bakıda keçirilən dünya çempionatında 1/4 finala yüksələn 4 komanda müəyyənləşib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu, mundialın 1/8 final mərhələsini...
