Azərbaycanlı MMA döyüşçüsü Nazim Sadıxovun Bakıdakı yarışda şansları dəyərləndirildi
Azərbaycanlı MMA döyüşçüsü Nazim Sadıxov UFC-nin Bakıda təşkil olunacaq turnirində braziliyalı idmançı Nikolas Motta ilə qarşılaşacaq.
Keçirdiyi son görüşdə İsmael Bonfimi məğlub edən Sadıxovun şansları müxtəlif MMA mütəxəssisləri tərəfindən fərqli qiymətləndirilir.
İdmanın bu növü üzrə menecer kimi fəaliyyət göstərən mütəxəssis Şiraslan Kərimov Baku TV-yə verdiyi açıqlamasında həmyerlimizin şanslarını dəyərləndirib.
"Nazim Sadıxov UFC-də heç vaxt məğlub olmayıb və ümid edirəm ki, heç vaxt da olmayacaq. Onun zərbələri çox güclüdür, inanıram ki, bu döyüşdə Nikolas Mottanı nokaut edərək qəfəsdən qalib kimi çıxacaq", - deyə o bildirib.
Qeyd edək ki, Nazim Sadıxov və Nikolas Motta qarşılaşmasının baş tutacağı "UFC Fight Night" iyunun 21-də "Baku Crystal Hall"da keçiriləcək.
Ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Florentino Peres: Neqreyra işi futbolda ən ciddi qalmaqaldır
Madrid "Real"ının prezidenti Florentino Peres Neqreyra işi ilə bağlı açıqlama verib. BAKU.WS-in məlumatına görə, klub prezidenti qeyd edib ki, "Real"ın əsas pro...