Azərbaycanın qadın güləşçiləri Xorvatiyada reytinq turnirində iştirak edirlər
04
fev
2026
23:34
Xorvatiyanın paytaxtı Zaqrebdə 2026-cı ilin ilk reytinq turnirinə start verilib.
BAKU.WS xəbər verir ki, "Zaqreb Open" yarışında Azərbaycanın qadınlardan ibarət güləş millisi də çıxış edir.
Baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Əsmər Cankurtaran, Elnurə Məmmədova (hər ikisi 50 kq), Nərgiz Səmədova (53 kq), Jalə Əliyeva (57 kq), Günay Qurbanova (59 kq), Birgül Soltanova (68 kq) və Zəhra Kərimzadə (72 kq) ölkəmizi təmsil edirlər.
Turnirdə I dərəcəli hakim Əli Babayev də ədalət təmsilçiləri arasında yer alıb.
Oxşar xəbərlər
Azərbaycanın minifutbol millisi Avropa çempionatının finalına vəsiqə qazanıb
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının finalına vəsiqə qazanıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Elşad Quliyev...