Azərbaycanın iki güləşçisi Avropa çempionatında finala yüksəlib
Azərbaycanın sərbəst güləş üzrə U15 millisinin iki üzvü Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.
İlk yarış günündə yunan-Roma güləşi üzrə yeddi çəkidə finalçılar müəyyənləşiblər.
Hüseyn Əmrahlı (38 kq) ermənistanlı Qor Karapetyan (9:0) və bolqarıstanlı İvan Aleksandrova (8:0) tam üstünlüklə qalib gəldikdən sonra yarımfinalda rusiyalı Ervin Sufiyanovdan güclü olub - 3:1. Hüseyn finalda estoniyalı Daniel Samuellə güləşəcək.
Xudayar Kərimov (41 kq) finlandiyalı Vilyami Kotilayneni (5:3) yarışdan kənarlaşdırsa da, 1/4 finalda bolqarıstanlı Oqnyan Burqazovla mübarizədə qolundan zədələndiyi üçün görüşü davam etdirə bilməyib.
Paşa Aslan (44 kq) belaruslu Matvey Utliklə (9:0) serbiyalı Adam Horvatı (9:1) vaxtından əvvəl xalçadan məyus yola salıb. Yarımfinalda isə gürcüstanlı Luka Saginadzeni 5:3 hesabıyla üstələyib. Paşa finalda ermənistanlı adaşı Paşa Xudoyanla güləşəcək.
Pünhan Şahmarov (48 kq) macarıstanlı Vensel Olas (11:3), belaruslu Nazar Krişnyov (5:3) və türkiyəli Mehmet Dedeoğluna (6:0) qalib gəlib. Yarımfinalda rusiyalı Feliks Tuayevə uduzan (1:10) həmyerlimiz sabah bürünc medal görüşünə çıxacaq.
Rəsul Əhmədli (52 kq) 1/8 finalda türkiyəli Muhammed Ozenə minimal fərqlə məğlub olub - 1:2.
Sadiq Vəlizadə (57 kq) böyük britaniyalı Pol Hanlonla (8:0) türkiyəli Yusuf Sariyara (9:5) qalib gələrək adını yarımfinala yazdırıb. Sadiq finalın bir addımlığında rusiyalı Raybek Muçurayevlə bacarmayıb - 2:13.
Raul Məmmədzadə (62 kq) bolqarıstanlı Qriqor Simyonova (9:1) qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Qabriyel Tavberidzeyə (1:5) məğlub olub. Rəqib finala yüksəldiyi üçün Raul sabah təsəlliverici görüşə çıxacaq.
Oxşar xəbərlər
Azərbaycan Tennis Federasiyası məşqçilər üçün vahid və məcburi akkreditasiya sisteminə başlayır
Azərbaycan Tennis Federasiyası məşqçilər üçün vahid və məcburi akkreditasiya sisteminə başlayır. Azərbaycan Tennis Federasiyası ölkədə tennisin inkişat, məşqçi...