Azərbaycanın həndbol millisi Paraqvay yığmasına məğlub olub
15
mar
2025
23:45
Azərbaycan millisi Bolqarıstanın Varna şəhərində təşkil olunan həndbolu inkişaf etməkdə olan ölkələrin çempionatında növbəti oyununa çıxıb.
"Report"un məlumatına görə, yığma 5-8-ci yerlər uğrunda qarşılaşmada Paraqvayla üz-üzə gəlib.
Matç rəqib komandanın 34:22 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, Azərbaycan millisi B qrupunu sonuncu sırada bitirib. Komanda Moldova (21:33), Nigeriya (17:29) və ABŞ (25:45) yığmalarına uduzub.
Oxşar xəbərlər
"Qızıl top" mükafatına namizədlərin tam siyahısı müəyyənləşib
"France Football" jurnalı 2025/2026 mövsümünün yekunlarına əsasən futbol üzrə "Qızıl top" mükafatına bütün namizədlərin adlarını açıqlayıb. BAKU.WS "Report"a is...