Azərbaycanın güləş millisinin böyük məşqçisi: "Dünya çempionatında qazanılan 1 dəst medal uğurlu nəticədir"
Dünya çempionatında əldə olunan 1 dəst medal uğurlu nəticədir.
Bunu "Report"a açıqlamasında Azərbaycanın 20 yaşadək yunan-Roma güləşçilərindən ibarət yığmanın böyük məşqçisi Nurəddin Rəcəbov deyib.
O, yığmanın Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatındakı çıxışından danışıb:
"Yarış güləşçilərimiz üçün çətin keçdi. Son üç ilin ən yaxşı nəticəsini qazandıq. Əldə edilən 1 dəst medalı uğurlu hesab edirəm. Bu işdə zəhməti olan hər kəsə təşəkkür edirəm. Azərbaycan Güləş Federasiyasına minnətdarlığımı bildirirəm ki, bizə hər cür şərait yaradıblar. Vaxtı-vaxtında təlim-məşq toplanışlarına qatılmağımızın nəticəsini görürük".
Mütəxəssis mundialda birinci yeri tutmalarına mane olan səbəblərdən danışıb:
"Əslində, yarışın qalibi də ola bilərdik. Təəssüf ki, hakimlərin bəzi qərəzli qərarları dünya çempionatını ilk sırada başa vurmağımıza mane oldu. Ümumi götürəndə isə 50 ölkə arasında üçüncü olmaq uğurlu nəticədir".
Qeyd edək ki, komanda qitə birinciliyində 1 dəst medalla üçüncü yeri tutub.
Oxşar xəbərlər
Sergen Yalçın Türkiyə millisinin sükanı arxasına keçdi
Türkiyə milli futbol komandasının yeni baş məşqçisi Sergen Yalçın olub. BAKU.WS xəbər verir ki, 53 yaşlı mütəxəssislə 4 illik müqavilə üzrə razılıq əldə edilib....