Azərbaycanın dörd güləşçisi Türkiyədəki beynəlxalq turnirdə medal əldə edib
01
avq
2026
14:40
Azərbaycanın 4 güləşçisi Türkiyənin Kocaeli şəhərində təşkil olunan Hasan Gemici və Qazanfer Bilgenin xatirə turnirində medal qazanıb.
BAKU.WS-in Azərbaycan Güləş Federasiyasına istinadən məlumatına görə, sərbəst güləşdə Xetaq Karsanov (125 kq) gümüş, Ramik Heybətov (70 kq) isə bürünc medal qazanıb.
Yunan-Roma güləşində isə 130 kq-da yer alan milli üzvləri ilk "3-lük"də yer alıb. Sərxan Məmmədov gümüş, Beka Kandelaki isə bürünc medalı boynundan asıb.
Qeyd edək ki, yarışa sabah yekun vurulacaq.
Oxşar xəbərlər
Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib
Qaradağ rayonunun Lökbatan qəsəbəsində Azərbaycan Peşəkar Döyüş Klubunun yeni idman zalının açılışı olub. BAKU.WS xəbər verir ki, açılış mərasimində gənclər və...