Azərbaycanın çimərlik voleybolçuları Latviyada gümüş medal qazanıblar
Çimərlik voleybolu üzrə kişilərdən ibarət Azərbaycan millisi Latviya açıq çempionatında iştirak edib.
Azərbaycan Voleybol Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, yarışda ümumilikdə səkkiz komanda mübarizə aparıb. Ölkəmiz açıq çempionatda iki cütlə (Məhəmməd Aslanlı/İbrahim Məmmədov və Heydər Məmmədli/Nəriman Bayramlı) təmsil olunub. Olimpiya sistemi ilə keçirilən turnirdə Azərbaycan komandası uğurla çıxış edərək mükafatçılar sırasında yer alıb. Belə ki, Heydər Məmmədli/Nəriman Bayramlı cütü yarışın gümüş medallarına sahib çıxıblar. Digər təmsilçilərimiz isə (Məhəmməd Aslanlı/İbrahim Məmmədov) dördüncü yeri tutublar.
Qeyd edək ki, fevralın 23-dək Latviyada təlim-məşq toplanışı keçəcək Azərbaycan yığması burada daha bir neçə turnirdə iştirak edəcək.
Oxşar xəbərlər
Türkiyənin tanınmış futbol şərhçisi Ertem Şener Bakıya gəlib
Türkiyənin məşhur idman jurnalisti və futbol şərhçisi Ertem Şener Bakıya gəlib. BAKU.WS-in məlumatına görə, tanınmış teleaparıcı bu barədə gəlişindən dərhal so...