Azərbaycan yığmasının rəqibi - Ukrayna tarixində ilk dəfə final oynayacaq

Azərbaycan yığmasının rəqibi - Ukrayna tarixində ilk dəfə final oynayacaq
İdman 15

Ukrayna minifutbol millisi Avropa çempionatının yarımfinal mərhələsində Macarıstan yığmasını 5:1 hesabı ilə məğlub edərək tarixində ilk dəfə turnirin finalına vəsiqə qazanıb.

BAKU.WS xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada keçirilən yarışın yarımfinal görüşündə ukraynalılar ilk hissənin sonlarında hesabı açıb, fasiləyədək üstünlüklərini iki topa çatdırıblar.

İkinci hissədə macarlar fərqlənsələr də, oyunun qalan hissəsində təşəbbüs tamamilə Ukrayna komandasının əlində olub və onlar daha üç qol vuraraq inamlı qələbə qazanıblar.

Qaliblərin heyətində Vadim İvanov dubla imza atıb. Denis Blank, Aleksandr Kolesnikov və Dmitri Sorokin də hərəyə bir dəfə rəqib qapısına yol tapıblar.

Ukraynanın finala qədərki yolu

Ukrayna yığması qrup mərhələsində Belçikanı 4:0, Türkiyəni isə 3:2 hesabı ilə məğlub edib, Serbiya ilə 1:1 hesablı heç-heçə oynayıb. Bununla da komanda qrupunu lider kimi başa vurub. 1/8 finalda Portuqaliya üzərində 3:1 hesablı qələbə qazanan ukraynalılar, 1/4 finalda Gürcüstan millisini 4:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəliblər.

Finalda rəqib Azərbaycan olacaq

Digər yarımfinal görüşündə Azərbaycan və Serbiya milliləri üz-üzə gəliblər. Əsas vaxt 1:1 hesabı ilə başa çatdığından qalib penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq oynayan Azərbaycan yığması finala vəsiqə qazanıb.

Beləliklə, Avropa çempionatının finalında Ukrayna və Azərbaycan komandaları qarşılaşacaq. Avropa çempionatının həlledici qarşılaşması iyunun 4-də Bratislavadakı TIPOS Arenada baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər