"Formula 1": "McLaren" pilotu Bakıda qalib olub, yarışın sonunda qəza baş verib
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub.
BAKU.WS xəbər verir ki, "McLaren" pilotu Oskar Piastri bütün rəqiblərini qabaqlayıb.
"Ferrari"dən Şarl Lekler ikinci, "Mercedes"dən Corc Rassel üçüncü yeri tutub.
Yarışın sonunda "Ferrari"dən Karlos Sayns və "Red Bull"dan Serxio Peres qəza törədiblər. Hər iki sürücünün idarə etdiyi bolid 50-ci dövrədə səddə çırpılıb.
***16:20
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin əsas yarışında "McLaren" pilotu Oskar Piastri liderliyini davam etdirir.
BAKU.WS xəbər verir ki, 23 yaşlı sürücü 40 dövrədən sonra birinci yerdədir.
"Ferrari"dən Şarl Lekler ikinci, "Red Bull"dan Serxio Peres üçüncüdür.
20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.
***16:08
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin əsas yarışında "McLaren" pilotu Oskar Piastri liderliyini davam etdirir.
BAKU.WS xəbər verir ki, 23 yaşlı sürücü 30 dövrədən sonra birinci yerdədir.
"Ferrari"dən Şarl Lekler ikinci, "Red Bull"dan Serxio Peres üçüncüdür.
20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.
***15:53
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin əsas yarışında hazırda "McLaren" pilotu Oskar Piastri liderdir.
"Ferrari"dən Şarl Lekler ikinci, "Red Bull"dan Serxio Peres üçüncüdür.
***15:05
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb.
BAKU.WS xəbər verir ki, mübarizəyə saat 15:00-da start verilib.
20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.
Qalereya
Oxşar xəbərlər
Fernandu Santuş milli komandadan ayrılır?
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş dekabrda AFFA İcraiyyə Komitəsinə hesabat verəcək. BAKU.WS sportinfo.az-a istinadən xəbər verir ki, 70 yaşlı...