Azərbaycan Premyer Liqası: "Sabah" "Turan Tovuz"la, "Qarabağ" "Sumqayıt"la qarşılaşacaq
"Qarabağ" və "Sabah" cari mövsüm Misli Premyer Liqasında sonuncu oyunlarını bu gün keçirəcəklər.
BAKU.WS xəbər verir ki, ilk olaraq ölkə çempionu "Sabah" "Turan Tovuz"la qarşılaşacaq.
Qarşılaşma "Bank Respublika Arena"da, saat 17:00-da start götürəcək. Masazır təmsilçisi 75 xalla birinci, bölgə klubu 59 xalla üçüncü pillədə qərarlaşıb.
Günün ikinci görüşündə "Qarabağ" "Sumqayıt"ın qonağı olacaq. Görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:30-da başlayacaq. "Köhlən atlar" 66 xalla ikinci, "kimyaçılar" 41 xalla yeddincidir.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında tura mayın 24-də yekun vurulacaq. Ötən gün "Qəbələ" "Şamaxı"nı 3:1 hesabı ilə üstələyib.
Oxşar xəbərlər
Özbəkistan millisi DÇ-2026 zamanı "Atlanta"nın bazasında məşq edəcək
Özbəkistan Futbol Assosiasiyası və "Atlanta Yunayted" sosial şəbəkələrdə yaydıqları açıqlamada Özbəkistan millisinin 2026-cı il dünya çempionatı müddətində Amer...