Azərbaycan Premyer Liqası: "Kəpəz" "Neftçi"yə qalib gəlib

Azərbaycan Premyer Liqası: Kəpəz Neftçiyə qalib gəlib
İdman 34

Azərbaycan Premyer Liqasında "Kəpəz" "Neftçi"yə qalib gəlib.

Oxu.Az xəbər verir ki, IX turun açılış matçında, Tovuz şəhər stadionunda "ağ-qaralar"ı qəbul edən Gəncə təmsilçisi cari mövsümdə ilk qələbəsini qazanıb - 4:3.

Meydan sahiblərinin heyətində Orxan Əliyev (24, 32) dubl müəllifi olub. Mahamadu Ba (41) və Viktor Braqa (48) isə hərəyə bir dəfə fərqləniblər. Qonaq komandadan Ervin Koffi (4), Ramil Şeydayev (31) və Ağadadaş Salyanski (90+5) adını tabloya yazdırıb.

Bu qələbə sayəsində turnir cədvəlinin sonuncu sırasında qərarlaşan "Kəpəz" hesabına ilk 3 xalı yazdırıb. "Neftçi" isə 5 xalla 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər görüşləri oktyabrın 5-6-da keçiriləcək.

Oxşar xəbərlər

"Pul bunların gözünü örtüb" - Qurban Qurbanov

"Pul bunların gözünü örtüb" - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 16-cı turu çərçivəsində səfərdə "Qəbələ"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb...

140 İdman 20:12 21 dekabr 2025

Son xəbərlər