Azərbaycan minifutbol millisinin baş məşqçisi: "Finala yüksəlmək möhtəşəm duyğudur"
Azərbaycanın minifutbol millisinin baş məşqçisi Elşad Quliyev Bakıda keçirilən dünya çempionatında finala yüksəlməklərini şərh edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, mütəxəssis yarımfinalda Monteneqro üzərində qazanılan qələbənin çətin başa gəldiyini bildirib:
"Qələbə münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm. Möhtəşəm qələbə qazandıq. Finala yüksəlmək möhtəşəm duyğudur. Əməyi olanlara ürəkdən təşəkkürümü bildirirəm. Arenaya toplaşan azarkeşlər bizə bu işdə çox kömək etdilər. Bazar gününə qədər finala yüksəlməyin sevincini yaşayacağıq".
Qeyd edək ki, Azərbaycan yığması yarımfinalda Monteneqroya 2:1 hesabı ilə qalib gələrək həlledici mərhələyə yüksəlib.
Oxşar xəbərlər
"Mançester Siti"də yeni dövr: Qvardiolanı köməkçisi əvəz edə biləcək?
"Mançester Siti"də uzun illər uğurlu dövrə imza atan Pep Qvardiola komandanı tərk etdikdən sonra baş məşqçi postuna Enzo Mareska gətiriləcək. Lakin italiyan mü...