Azərbaycan millisinin üzvü əməliyyat olunub
Qılıncoynatma üzrə Azərbaycan millisinin üzvü Anna Başta əməliyyat olunub.
Bu barədə BAKU.WS-ə Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Hakimov məlumat verib.
28 yaşlı sablyaçı apreldə, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda ayağından aldığı zədəyə görə Rusiyanın Sank-Peterburq şəhərində əməliyyat edilib.
Hazırda idmançının durumu yaxşıdır. Həkimlər onun 2025-ci ilin yanvar-fevral aylarında məşqlərə qatılacağını bildirib.
Qeyd edək ki, Anna Başta Paris-2024 Yay Olimpiya Oyunlarının 1/8 finalında uduzaraq yarışı medalsız başa vurub.
Oxşar xəbərlər
"İnter" son dəqiqələrdə vurduğu qollarla "Fiorentina"ya qalib gəlib
İtaliya A Seriyasının 8-ci turunda "İnter" doğma meydanda "Fiorentina"nı 2:1 hesabı ilə məğlub edib. BAKU.WS xəbər verir ki, Milandakı "Cüzeppe Meatsa" stadionu...