Azərbaycan millisinin futbolçusu müalicə üçün Madridə yollanıb
09
iyn
2026
14:21
Azərbaycan millisinin futbolçusu Xəyal Əliyev komandanın düşərgəsindən ayrılıb.
Bu barədə BAKU.WS-ə AFFA-dan məlumat verilib.
Macarıstanın Sombatxey şəhərində iyunun 5-də Malta yığmasına qarşı keçirilən yoldaşlıq görüşündə (0:2) zədələnən oyunçu müalicə olunmaq üçün İspaniyanın paytaxtı Madridə gedib.
Xatırladaq ki, Azərbaycan millisi bu gün San Marino ilə üz-üzə gələcək. Görüş "Haladaş" stadionunda, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Oxşar xəbərlər
"Liverpul" Mamardaşvili ilə bağlı qərarını verdi
İngiltərənin "Liverpul" klubu gürcüstanlı qapıçı Giorgi Mamardaşvilinin növbəti mövsümü icarə əsasında başqa komandada keçirməsini planlaşdırır. BAKU.WS xəbər v...