Azərbaycan millisinin daha bir futbolçusu keryerasını "Rubin"də davam etdirəcək

28
yan
2025
20:49
Azərbaycanın qadınlardan ibarət millisinin daha bir üzvü, Diana Məmmədova karyerasını Rusiya Superliqası təmsilçisi "Rubin"də davam etdirəcək.
Bu barədə Superliqanın mətbuat xidməti məlumat yayıb.
Ötən mövsümü Superliqanın digər təmsilçisi "Yenisey" klubunda keçirən 26 yaşlı yarımmüdafiəçi ilə müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, D.Məmmədova ötən mövsüm Krasnoyarsk klubunun heyətində 24 oyun keçirib və 1 qol vurub. Daha əvvəl Azərbaycan yığmasının müdafiəçisi Alina Dorofeyeva da "Yenisey"dən "Rubin"ə transfer olunmuşdu.
Oxşar xəbərlər
Azərbaycanın U-15 millisi Monteneqroya qalib gəlib
15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb. BAKU.WS xəbər verir ki, Bakıda hazır...
