Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Səfərdə Andorra ilə üz-üzə gələn Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv 3:1 hesablı qələbə qazanıb.
Yığmanın heyətində Sevinc Cəfərzadə (15, 51) dubl müəllifi olub. Esra Manya (90+5) isə millinin üçüncü qolunu vurub.
Qarşılaşma "Andorra la Vella" stadionunda keçirilib.
Daha əvvəl Macarıstana uduzan yığma (0:1) Şimali Makedoniyanı (2:0) məğlub edib.
Qeyd edək ki, Azərbaycan millisi hazırda C Liqasının 3-cü qrupunda 6 xalla ikinci pillədə qərarlaşıb. Lider Macarıstanın 7, üçüncü sıradakı Şimali Makedoniyanın 3, sonuncu pillədəki Andorranın 1 xalı var.
Oxşar xəbərlər
Sergen Yalçın Türkiyə millisinin sükanı arxasına keçdi
Türkiyə milli futbol komandasının yeni baş məşqçisi Sergen Yalçın olub. BAKU.WS xəbər verir ki, 53 yaşlı mütəxəssislə 4 illik müqavilə üzrə razılıq əldə edilib....