Azərbaycan millisi Avropa çempionatının I seçmə mərhələsində növbəti qələbəsini qazanıb
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının I seçmə mərhələsində (EBSL) ikinci oyununu keçirib.
BAKU.WS xəbər verir ki, B Liqasının A qrupunda yer alan yığma Belçika yığması ilə qarşılaşıb.
İspaniyanın El Puerto de Santa Maria şəhərində təşkil olunan görüş Sahib Məmmədovun yetirmələrinin 11:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandanın heyətində Ramil Əliyev 3, Comərd Baxşəliyev 2 qol vurub, Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, Amid Nəzərov, Sahib Məmmədov və Bayram Bayramlı hərəyə 1 dəfə fərqləniblər.
Qeyd edək ki, seçməmiz ilk oyununda İngiltərə yığmasını 5:4 hesabı ilə məğlub etmişdi. Azərbaycan qrupdakı son matçını mayın 25-də Litva (14:15) seçməsinə qarşı keçirəcək.
Oxşar xəbərlər
"Barselona"nın sabiq baş məşqçisi: Hakimlər tarixən "Real"a daha çox rəğbət göstərib
"Barselona"nın sabiq futbolçusu və baş məşqçisi Karles Reşak hakimlərin tarixən "Real Madrid"ə daha çox üstünlük verdiyini iddia edib. BAKU.WS xəbər verir ki, R...